Yuxarı
    Bağlamaq

    “Atəşgah” sığorta qrupu: Vergi yoxlamaları başa çatıb

    Maliyyə holdinqi “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərin normal şəkildə fəaliyyət göstərdiyini bəyan edib

    Bakı. 27 aprel. REPORT.AZ/ Vergilər Nazirliyinin “Atəşgah” sığorta qrupuna daxil olan “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərdə apardığı vergi yoxlamaları başa çatıb. 

    “Report” xəbər verir ki, bu barədə sığorta qrupunun yaydığı açıqlamada bildirilir.

    Məlumatda hər iki şirkətin hazırda normal şəkildə fəaliyyət göstərdiyi qeyd olunub.

    Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

    “Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi