“Atəşgah” sığorta qrupu: Vergi yoxlamaları başa çatıb

“Atəşgah” sığorta qrupu: Vergi yoxlamaları başa çatıb Maliyyə holdinqi “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərin normal şəkildə fəaliyyət göstərdiyini bəyan edib
Maliyyə
27 Aprel , 2017 09:51
“Atəşgah” sığorta qrupu: Vergi yoxlamaları başa çatıb

Bakı. 27 aprel. REPORT.AZ/ Vergilər Nazirliyinin “Atəşgah” sığorta qrupuna daxil olan “Atəşgah Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərdə apardığı vergi yoxlamaları başa çatıb. 

“Report” xəbər verir ki, bu barədə sığorta qrupunun yaydığı açıqlamada bildirilir.

Məlumatda hər iki şirkətin hazırda normal şəkildə fəaliyyət göstərdiyi qeyd olunub.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

“Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 mln. manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi