“Atəşgah” KASKO üzrə iri sığorta ödənişləri edib

“Atəşgah” KASKO üzrə iri sığorta ödənişləri edib Şirkət apreldə 36 888 manat sığorta ödənişi həyata keçirib
Maliyyə
13 May , 2015 20:13
“Atəşgah” KASKO üzrə iri sığorta ödənişləri edib

Bakı. 13 may. REPORT.AZ/ “Atəşgah” Sığorta Şirkəti 2015-ci ilin aprelində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib. Məbləği 10 480 manat təşkil edən sığorta ödənişi Bakı-Şamaxı yolunun 75.5-ci km-də aşmış “Hyundai İX-35" markalı avtomobilin sahibinə verilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, daha bir ödəniş də maneə ilə toqquşmuş "Hyundai İX-35" markalı avtomobilin sahibinə təqdim edilib. Bakı-Qazax yolunda baş verən hadisəyə görə müştəriyə 7 490 AZN məbləğində sığorta ödənişi verilib.

Başqa bir hadisə Bakı şəhəri, Moskva prospektində baş verib. Şirkətdə KASKO üzrə sığortalanmış "Toyota Prado" markalı avtomobil maneə ilə toqquşub. Həmin hadisə üzrə müştəriyə 18 918 AZN sığorta ödənişi verilib.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” ASC SŞ və “Atəşgah Həyat” ASC SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi