Yuxarı

​"Atəşgah Həyat" sığorta şirkəti nizamnamə kapitalını 63% artırır

Sığorta şirkətinin səhmləri yeni parametrlərə konvertasiya olunacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Atəşgah Həyat” sığorta şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

“Report”un komitənin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, emissiyanın ümumi həcmi səhmin hər birinin nominal dəyəri 6 500 manat olmaqla 6,5 mln. manat təşkil edir. 

Səhmlər “Atəşgah Həyat”ın hazırda dövriyyədə olan - birinin nominal dəyəri 4 000 manat olan 1 000 ədəd səhmin yeni parametrlərə konvertasiyası yolu ilə yerləşdiriləcək. 

Nəticədə şirkətin nizamnamə kapitalı 62,5% artaraq 6,5 mln. manata çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi