ARDNF təkliflər sorğusu keçirir

ARDNF təkliflər sorğusu keçirir Müraciət üçün son tarix 11 yanvar 2017-ci ildir
Maliyyə
6 Dekabr , 2016 09:47
ARDNF təkliflər sorğusu keçirir

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhm portfelinin passiv idarə edilməsi üçün təkliflər sorğusu keçirir. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, təklif olunan səhm portfeli üçün bençmark “MSCI World” indeksidir. İddiaçılar qismində çıxış edəcək investisiya menecerlərinə (şirkətlərə) ötən ilin sonuna idarə etdiyi passiv səhm indeksinə indeksasiya olunmuş vəsaitlərin həcminin azı 50 mlrd. ABŞ dolları olması, onların ABŞ-ın 1940-cı il “İnvestisiya şirkətləri haqqında” qanunu və yaxud fəaliyyət göstərdiyi digər ölkələrin qanunları çərçivəsində qeydiyyatdan keçməsi, bu sahədə azı 5 illik təcrübəsi olması, bu müddətdə gəlirlilik üzrə izləmə xətası qeyd olunan indekslə müqayisədə, illik əsasda 0,3%-dən çox olmaması, Azərbaycan hökuməti qarşısında vergi və digər icbari ödənişlərdə gecikməyə yol verməməsi və digər tələblər qoyulub.

Təkliflər yanvarın 11-nə qədər ARDNF-in Bakı şəhəri, Heydər Əliyev prospekti,165 ünvanında yerləşən inzibati binasında qəbul olunur.

Son xəbərlər

Orphus sistemi