Yuxarı

AMB: Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD olacaq - YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankı yanvarın 5-nə rəsmi məzənnəni müəyyənləşdirib

İlk xəbər saat 12:34-də verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə ABŞ dollarının rəsmi məzənnəsini 1,5610 AZN/USD səviyyəsində müəyyənləşdirib.

"Report" xəbər verir ki, bununla bağlı AMB rəsmi məlumat yayıb.

***

"Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq, tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bayramqabağı günlərdə AMB tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi