AMB: Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD olacaq - YENİLƏNİB

AMB: Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD olacaq - YENİLƏNİB Azərbaycan Mərkəzi Bankı yanvarın 5-nə rəsmi məzənnəni müəyyənləşdirib
Maliyyə
30 Dekabr , 2015 12:36
AMB: Yanvarın 5-də rəsmi məzənnə 1,5610 AZN/USD olacaq - YENİLƏNİB

İlk xəbər saat 12:34-də verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə ABŞ dollarının rəsmi məzənnəsini 1,5610 AZN/USD səviyyəsində müəyyənləşdirib.

"Report" xəbər verir ki, bununla bağlı AMB rəsmi məlumat yayıb.

***

"Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq, tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1,5610 müəyyənləşdirilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bayramqabağı günlərdə AMB tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.

Son xəbərlər

Orphus sistemi