AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb

AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb Hazırda qurumun dövriyyədə 550 mln. manatlıq notu var
Maliyyə
14 Sentyabr , 2017 11:42
AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb
Report

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi 4 ay yarımlıq fasilədən sonra azalmağa başlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 550 mln. manat təşkil edir ki, bu da 1 həftə əvvəlki göstəricidən 8,3% və yaxud 50 mln. manat azdır.

Notların orta illik gəlirliliyi isə 10,01% təşkil edir.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il sentyabrın 7-də (600 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi