AMB-nin depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib AMB depozit hərracında 150 mln. manat cəlb edib
Maliyyə
15 May , 2017 12:19
AMB-nin depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib
Report

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 420,6 mln. manat təşkil edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracda tələb təklifi 2,8 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.

Son xəbərlər

Orphus sistemi