AMB depozit hərracının büdcəsini 100 mln. manata endirib

AMB depozit hərracının büdcəsini 100 mln. manata endirib Qurum əvvəlki hərraclarda tələbin təklifi üstələməsini nəzərə almayıb
Maliyyə
3 Aprel , 2017 09:15
AMB depozit hərracının büdcəsini 100 mln. manata endirib
Report

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum hərracda 100 mln. manat vəsat cəlb etmək niyyətindədir. Bu isə martın 31-də keçirilmiş hərracın büdcəsi ilə müqayisədə 2 dəfə azdır.

Xatırladaq ki, AMB-nin həmin gün keçirdiyi depozit hərracının büdcəsi də əvvəlki hərracla (martın 27-də keçirilib) müqayisədə 33,3% az olub.

Baxmayaraq ki, hər iki hərracda tələb təklifi üstələyib.

Son xəbərlər

Orphus sistemi