AMB depozit hərracında 150 mln. manat cəlb edib

AMB depozit hərracında 150 mln. manat cəlb edib Hərracda bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib
Maliyyə
7 Avqust , 2017 12:16
AMB depozit hərracında 150 mln. manat cəlb edib
Report

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. 

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 150 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,37 dəfə çox - 504,8 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi