Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 150 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,37 dəfə çox - 504,8 mln. manat təşkil edib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.