AMB: Bankların xarici valyutalar üzrə alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub

AMB: Bankların xarici valyutalar üzrə alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub Bakı. 24 may. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan manatının ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.
Maliyyə
24 May , 2018 18:01
AMB: Bankların xarici valyutalar üzrə alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan manatının ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir. 

Məlumata görə, bankların müəyyən etdiyi xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Rüb ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6955, satış məzənnəsi isə 1,7022 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,3% (0,0046 manat), satış məzənnəsi ilə isə 0,1% (0,0021 manat) olub.

Rüb ərzində manat ABŞ dollarına qarşı 0,01%, türk lirəsinə qarşı 4,16% bahalaşıb, avroya qarşı 2,45%, ingilis funt sterlinqinə qarşı 3,78% ucuzlaşıb, rus rubluna qarşı isə dəyişməz qalıb. 

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. I rübdə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 3% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi