Yuxarı
    Bağlamaq

    ​"Nikoil Bank" ənənəvi qanvermə aksiyası keçirib

    Aksiyanın gedişi müddətində ümumi həcmdə 7 litr qan toplanıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin kollektivi QİÇS-lə Ümumdünya mübarizə günündə növbəti ənənəvi qanvermə aksiyası keçirib. Bankın Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisində bütün filiallar, eyni zamanda mərkəzi ofisin əməkdaşları qeyd olunan aksiyada iştirak ediblər. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyanın gedişi müddətində ümumi həcmdə 7 litr qan toplanıb.

    QİÇS-ə qarşı ümumdünya mübarizə günü hər il dekabr ayının 1-də keçirilir. Bu hadisə 1988-ci ildən müntəzəm olaraq, QİÇS haqqında qlobal maarifləndirmə və bu dəhşətli infeksiya qarşısında beynəlxalq mübarizəni göstərmək məqsədilə qeyd olunur.

    "10 ildən artıqdır "Nikoil Bank"ın əməkdaşları müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak etməklə özlərini fəxri donor adlandıra bilərlər. İldə iki dəfə təşkil olunan bu ənənəvi aksiya Bankın korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir", - deyə məlumatda qeyd olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi