AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb

AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb Maliyyə Bazarlarına Nəzarət Palatası fondun yeni istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
Maliyyə
20 Fevral , 2017 15:40
AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb

Bakı. 20 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyasını (AZ2012008689) dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a palatadan bildirilib.

Məlumata görə, emissiya fondun hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazlarının (20 mln. manatlıq) buraxılışını nəzərdə tutur. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Qiymətli kağızlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.

Bununla da, AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb. 

Son xəbərlər

Orphus sistemi