Yuxarı
    Bağlamaq

    ​Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib

    Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib

    Bakı. 24 iyul. REPORT.AZ/ Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, tərtib olunmuş iş planına uyğun olaraq nazirliyin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsində yoxlamalar aparılıb. "Report" xəbər verir ki, yoxlamalar nəticəsində maliyyə idarəsinin rəisi işdən azad edilib.

    Nazirliyin açıqlamasına görə, aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi