“AGBank”ın zərəri 84% azalıb

“AGBank”ın zərəri 84% azalıb “AGBank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 495,17 milyon manat təşkil edib.
Maliyyə
19 Aprel , 2019 09:27
“AGBank”ın zərəri 84% azalıb

“AGBank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 495,17 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 1,8% azdır.

“AGBank”ın aktivlərinin 208,888 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 11,7% kiçilib.

Hesabat dövründə “AGBank”ın cəmi öhdəlikləri 3,6% azalaraq 443,717 milyon manata, o cümlədən depozit portfeli 4,5% azalaraq 221,172 milyon manata, Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi isə 2,8% azalaraq 38,9 milyon manata düşüb, Bankın cəmi kapitalı isə 17,3% artaraq 51,453 milyon manata, o cümlədən nizamnamə kapitalı 1,6% artaraq 103,8 milyon manata çatıb.

Bu ilin I rübündə “AGBank”ın faiz gəlirləri 3,51 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 29,1% az), faiz xərcləri 4,316 milyon manat (10,2% az), qeyri-faiz gəlirləri 8,428 milyon manat (31,7% çox), qeyri-faiz xərcləri 8,508 milyon manat (3,5% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar üzrə qənaəti 438 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), gözlənilməz xərcləri isə 83 min manat (təxminən 28 dəfə çox) təşkil edib. Son nəticədə Bank rübü 531 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,5% azdır.

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

Son xəbərlər

Orphus sistemi