ADIF ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edib

ADIF ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edib Bakı. 5 iyun. REPORT.AZ/ “Dəmirbank”ın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz olunmuş tələblərə dair dinləmələr iyunun 13-də saat 16.00-da davam etdiriləcək.
Maliyyə
5 İyun , 2018 09:42
ADIF ləğv prosesində olan “Dəmirbank”ın kreditorlarına müraciət edib

Bakı. 5 iyun. REPORT.AZ/ “Dəmirbank”ın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz olunmuş tələblərə dair dinləmələr iyunun 13-də  saat 16.00-da davam etdiriləcək.

“Report”un verdiyi xəbərə görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kreditorlara xəbərdarlıq edib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir. (Bakı Apellasiya Məhkəməsi, Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.Telefon: (99412) 538-16-08, 538-19-02Faks: (99412) 510-53-48)

Son xəbərlər

Orphus sistemi