ADB-də yeni regional direktor təyin olunub

ADB-də yeni regional direktor təyin olunub O, Azərbaycan da daxil olmaqla 10 ölkədə layihələrin icrasına nəzarət edəcək
Maliyyə
9 Fevral , 2018 10:12
ADB-də yeni regional direktor təyin olunub
Werner Liepach, new ADB director for CWRD, PHOTO: REUTERS

Bakı. 9 fevral. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinə yeni baş direktor təyin olunub. 

“Report” xəbər verir ki, bu vəzifəyə Verner Lipak (Werner Liepach) təyin edilib.

V.Lipak Azərbaycan da daxil olmaqla 10 ölkəyə (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) nəzarət edəcək. ADB-nin bu region üzrə portfeli ümumi dəyəri 18,6 mlrd. ABŞ dolları olan 155 layihədən ibarətdir.

Yeni baş direktor adıçəkilən ölkələrdə 7 sektorda icra olunan layihələrə nəzarət edəcək. Həmin layihələr ətraf mühit, enerji, təbii ehtiyatlar və kənd təsərrüfatı, nəqliyyat, dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət, regional əməkdaşlıq və əməliyyatların koordinasiyası, sosial və şəhərləşmə və su təchizatının yaxşılaşdırılması sektorlarını əhatə edir.

Qeyd edək ki, V.Lipak bu vaxta qədər ADB-nin Pakistan üzrə ölkə direktoru olub.

Son xəbərlər

Orphus sistemi