Yuxarı
    Bağlamaq

    ADB Azərbaycan üçün inflyasiya proqnozunu artırıb

    Bu il Azərbaycanda iqtisadi geriləmə gözlənilsə də, artıq gələn il ÜDM-in 1% artacağı proqnozlaşdırılır

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu il Azərbaycanda 1,3% səviyyəsində iqtisadi geriləmə olacağı gözlənilir. 

    “Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilədiyi proqnoz hesabatında deyilir.

    Hesabata görə, 2018-ci ildə isə ÜDM-in 1% artacağı proqnozlaşdırılır. Qeyd edək ki, bundan öncə (aprel hesabatı) 2017-ci ildə geriləmənin 1,1%, 2018-ci ildəki artımın isə 1,2% olacağı proqnozlaşdırılırdı.

    ADB-nin yeni hesabatında 2017-ci ildə Azərbaycanda 14%-lik inflyasiya olacağı da qeyd edilir. Bundan əvvəlki sənəddə isə bu rəqəm 9% olub. Bank gələn il üçün inflyasiya proqnozunu isə 8%-dən 10%-ə qaldırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi