Yuxarı

ADB Azərbaycan maliyyə sektorunun sağlamlaşdırılmasına dəstək verməyə hazırdır

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb

Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvlərinin iştirakı ilə Asiya İnkişaf Bankının (ADB) icraçı direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini bildirən M.Foks son dövrdə ölkədə aparılan islahatlar və maliyyə sektorunun dayanıqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəklədiklərini diqqətə çatdırıb.

Görüşdə hər iki tərəf ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Görüş MBNP ilə ADB arasında birgə əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələrlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi