Yuxarı

Daha bir təcrübəli bankir “Yelo Bank”ın rəhbərliyinə gətirilib

“AccessBank”dan “Yelo Bank”a daha bir transfer

Rebrendinq prosesində olan “Yelo Bank”ın (keçmiş İKB “Nikoil”) komandası təcrübəli kadrlarla güclənməyə davam edir.

“Report” Banka istinadən xəbər verir ki, Elşən Pirmalıyev bankın Biznes Bankçılıq İdarəsinin baş direktoru təyin olunub. Tənzimləyici orqanın müvafiq təsdiqindən sonra o İdarə Heyəti sədrinin müavini vəsifəsini tutacaq.

Bu təyinata qədər Elşən Pirmalıyev 15 il “AccessBank”da işləyib. Əmək fəaliyyətinə 2005-ci ilin aprel ayında kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib.

Təcrübəli bankir eyni zamanda Azərbaycan Mikromaliyyə Assosasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyasının Kredit işi Ekspert qrupunun rəhbəridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi