Daha bir təcrübəli bankir “Yelo Bank”ın rəhbərliyinə gətirilib

Daha bir təcrübəli bankir “Yelo Bank”ın rəhbərliyinə gətirilib Rebrendinq prosesində olan “Yelo Bank”ın (keçmiş İKB “Nikoil”) komandası təcrübəli kadrlarla güclənməyə davam edir.
Maliyyə
130
27 Yanvar , 2020 13:33
Daha bir təcrübəli bankir “Yelo Bank”ın rəhbərliyinə gətirilib

Rebrendinq prosesində olan “Yelo Bank”ın (keçmiş İKB “Nikoil”) komandası təcrübəli kadrlarla güclənməyə davam edir.

“Report” Banka istinadən xəbər verir ki, Elşən Pirmalıyev bankın Biznes Bankçılıq İdarəsinin baş direktoru təyin olunub. Tənzimləyici orqanın müvafiq təsdiqindən sonra o İdarə Heyəti sədrinin müavini vəsifəsini tutacaq.

Bu təyinata qədər Elşən Pirmalıyev 15 il “AccessBank”da işləyib. Əmək fəaliyyətinə 2005-ci ilin aprel ayında kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib.

Təcrübəli bankir eyni zamanda Azərbaycan Mikromaliyyə Assosasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyasının Kredit işi Ekspert qrupunun rəhbəridir.

Son xəbərlər

Orphus sistemi