“Access Bank” bu ilin 9 ayını əməliyyat mənfəəti ilə başa vurub

“Access Bank” bu ilin 9 ayını əməliyyat mənfəəti ilə başa vurub “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 14,234 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Maliyyə
31 Oktyabr , 2019 17:57
“Access Bank” bu ilin 9 ayını əməliyyat mənfəəti ilə başa vurub

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 14,234 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

9 ay ərzində “Access Bank”ın gəlirləri 95,952 milyon manat, xərcləri isə 81,718 milyon manat təşkil edib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 824,276 milyon manat olub ki, bunun da 498,979 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə Bank 731,183 milyon manat öhdəliklərə, o cümlədən 646,713 milyon manat depozit portfelinə və 93,093 milyon manat balans kapitalına, o cümlədən 258,718 milyon manat nizamnamə kapitalına malik olub.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%). 

Son xəbərlər

Orphus sistemi