Yuxarı

ABŞ-ın II rüb iqtisadi artım tempi proqnozları üstələyib

Müsbət istisadi göstəricilər FES-i faizləri artırmağa imkan verəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ-ın 2016-cı il II rüb iqtisadi artım tempi 1,4% olub. 

"Report" "İnvesting.com" saytına istinadən xəbər verir ki, investorlar ÜDM artım tempinin II rübdə 1,3% olacağını proqnozlaşdırıblar. 

Xatırladaq ki, I rübdə ABŞ iqtisadiyyatı 1,1% artıb. 

Bununla yanaşı, sentyabrın 29-da avqust ayı üzrə xarici ticarət saldosu göstəricisi açıqlanıb. İnvestorlar bu göstəricinin 62,6 mlrd. dollar mənfi saldo olacağını proqnozlaşdırsalar da, saldo 58,4 mlrd. olub.

Həmçinin işsizlik maaşı üçün müraciətlərin sayı da açıqlanıb. Proqnozlar 260 min nəfər, reallıq isə 254 min olub.

"Report"un analitik qrupu hesab edir ki, ÜDM artım tempinin proqnozları üstələməsi və işsizlik maaşı üçün müraciətlərin sayının azalması Federal Ehtiyat Sisteminin (FES) dekabr ayı uçot dərəcələrini artırmaq qərarına müsbət təsir göstərəcək.

Göstəricilərin açıqlanmasından sonra dollar digər valyutalara nəzərən möhkəmlənməyə, ABŞ fond bazarı indekslərinin fyuçersləri isə azalmağa başlayıb. Qızılın unsiyasının qiymətində də bir qədər azalma müşahidə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi