Yuxarı

ABŞ-ın əsas fond indeksləri yüksəlib

Qızılın bir unsiyasının qiyməti 1 187,10 dollara enib

Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 827 bəndədək, S&P 500 0,3% - 2 073 bəndədək, Nasdaq 0,6% - 4 787 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, indekslərin yüksəlməsi bir sıra müsbət makroiqtisadi xəbərlərin fonunda baş verib. Belə ki, yeni evlərin satışı oktyabr ayında 0,7%, uzunmüddətli istifadə üçün malların sifarişləri 0,4% artıb.

Avropa fond bazarlarında noyabrın 26-da FTSE 100 indeksi 0,03% - 6 729 bəndədək enib, Almaniya DAX-ı 0,6% - 9 916 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 4 373 bəndədək enib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 187,10 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2508 dollar (+0,02%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi