Yuxarı

​ABŞ fond indeksləri enib

Federal Ehtiyat Sistemi: Xarici iqtisadi vəziyyət daha da pisləşərsə, bu, ABŞ-ın iqtisadi artımına mənfi təsir edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 17 686 bəndədək, S&P 500 0,2% - 2 049 bəndədək, Nasdaq 0,6% - 4 676 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, indekslərin enməsinə tikinti bazarı haqqında statistika və Federal Ehtiyat Sisteminin məlumatı təsir edib. Belə ki, Ticarət Nazirilyinin məlumatına görə, oktyabr ayında yeni evlərin sayı gözlənilmədən 2,8% azalıb. FES isə öz məlumatında Avropa, Çin və Yaponiya üzrə iqtisadi proqnozların azaldığını qeyd edərək vurğulayıb ki, xarici iqtisadi vəziyyət daha da pisləşərsə, bu, ABŞ-ın iqtisadi artımına da mənfi təsir göstərəcək.

Avropa fond bazarlarında noyabrın 19-da FTSE 100 indeksi 0,2% - 6 697 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 9 473 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 266 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% azalaraq 1 178,90 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2545 dollar (-0,1%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi