Yuxarı

​ABŞ-Azərbaycan bank və maliyyə forumu keçirilib

Forum ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunub

Bakı. 29 may. REPORT.AZ/ Nyu-Yorkda I ABŞ-Azərbaycan bank və maliyyə forumu keçirilib. "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi forumun baş sponsoru Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank", "Boeing" və "General Electrik" şirkətləridir.

150-dən artıq iştirakçının qatıldığı forumun açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova və həmsədri Bill Delahant təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veriblər. S.Sadıqova Azərbaycan banklarının ölkənin neft və qaz sahəsində oynadığı mühüm roldan və iqtisadiyyatın diversifikasiyasına verə biləcəyi töhfədən bəhs edib.

Tədbirdə həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Elin Məmmədov, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundov, ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə köməkçisinin müavini Maykl Lalli, “The Carlyle Group”un həmtəsisçisi Devid Rubinşteyn, “Citigroup”un vitse-prezidenti Zubaid Əhməd, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov, Azərbaycan Beynəlxalq Bankının Nyu-Yorkdakı nümayəndəsi Faiq Məmmədov, “Access Bank”ın sədr müavini Şakir Rəhimov və başqaları çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi