Yuxarı
    Bağlamaq

    ​ABB və "Sberbank" arasında əməkdaşlığa dair memorandum imzalanıb

    Memorandum investisiya layihələrinin birgə maliyyələşdirilməsini nəzərdə tutur

    Bakı. 23 yanvar. REPORT.AZ/ Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya "Sberbank"ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

    "Report"un ABB-yə istinadən verdiyi xəbərə görə, sənədi "Sberbank"ın prezidenti, İdarə Heyətinin sədri German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıblar.

    Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq kimi sahələrdə tərəfdaşlığın təşkili nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi