Bakı. 23 yanvar. REPORT.AZ/ Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya "Sberbank"ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report"un ABB-yə istinadən verdiyi xəbərə görə, sənədi "Sberbank"ın prezidenti, İdarə Heyətinin sədri German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıblar.
Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq kimi sahələrdə tərəfdaşlığın təşkili nəzərdə tutulub.