Mərkəzi Bank: 2021-ci ilədək Azərbaycanda nağd dövriyyənin həcmi 40% endiriləcək

Mərkəzi Bank: 2021-ci ilədək Azərbaycanda nağd dövriyyənin həcmi 40% endiriləcək Rəqəmsal ödənişlərin genişlənməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin həcmi 14 mlrd manatadək artacaq.
Maliyyə
6 Noyabr , 2019 09:58
Mərkəzi Bank: 2021-ci ilədək Azərbaycanda nağd dövriyyənin həcmi 40% endiriləcək
Azərbaycan Mərkəzi Bankı / Report.az

"Rəqəmsal ödənişlərin genişlənməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin həcmi 14 mlrd manatadək artacaq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumun"da çıxış edən Azərbaycan Mərkəzi Bankınin sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu proqram 2018-2020-ci illəri əhatə edir və bu istiqamətdə ölkədə 60-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub:

"Dövlət proqramının icrası nəticəsində nağd dövriyyənin həcminin 74%-dən 40%-dək endirməyi düşünürük",- deyə A.Quliyev bildirib.

Son xəbərlər

Orphus sistemi