Ziya Əliyev: "Sığorta bazarında artım tempi ilin sonuna qədər davam edəcək"

Maliyyə
  • 26 iyul, 2023
  • 09:18
Ziya Əliyev: Sığorta bazarında artım tempi ilin sonuna qədər davam edəcək

Bu ilin I yarısında Azərbaycanın sığorta bazarında 32 % artım olub və bu temp ilin sonuna qədər davam edəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

"Həm könüllü, həm də icbari sığorta bazarı böyüməkdədir. Könüllü növlərdən xüsusilə əmlakın yanğından yanğından və digər risklərdən sığortası, avtonəqliyyat vasitələrinin sığortasında ikirəqəmli artım müşahidə olunur. Buna baxmayaraq, AMB sığorta bazarının genişləndirilməsi istiqamətində gördüyü işlər artıracaq", - deyə o qeyd edib.

44 - Tezliklə