“Zıraat Bank Azərbaycan" ötən ilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə
  • 27 yanvar, 2022
  • 08:34
“Zıraat Bank Azərbaycan ötən ilin maliyyə nəticələrini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC 2021-ci ili 7,033 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 3,3 dəfə çoxdur.

Ötən il “Zıraat Bank Azərbaycan"ın gəlirləri 33,505 milyon manat (əvvəlki illə müqayisədə 38,5% çox), xərcləri 20,832 milyon manat (26,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,882 milyon manat (23% az), mənfəət vergisi ödəmələri isə 1,758 milyon manat (3,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 388,071 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,8% çoxdur. Bunun 226,65 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 48,6% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 36% artaraq 305,672 milyon manata, o cümlədən depozit portfeli 38,4% artaraq 210,146 milyon manata, balans kapitalı isə 11,2% artaraq 82,398 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

44 filmi