“Zıraat Bank Azərbaycan" ötən ilin maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 25 yanvar, 2023
  • 13:34
“Zıraat Bank Azərbaycan ötən ilin maliyyə göstəricilərini açıqlayıb

“Zıraat Bank Azərbaycan" ASC 2022-ci ili 7,559 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 7,5 % çoxdur.

Ötən il “Zıraat Bank Azərbaycan"ın gəlirləri 44,677 milyon manat (əvvəlki illə müqayisədə 33,3 % çox), xərcləri 23,883 milyon manat (14,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,344 milyon manat (2,9 dəfə çox), mənfəət vergisi ödəmələri 1,89 milyon manat (7,5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 528,899 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 36,3 % çoxdur. Bunun 306,711 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,3 % böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 38,2 % artaraq 422,459 milyon manata, o cümlədən depozit portfeli 51,2 % artaraq 317,806 milyon manata, balans kapitalı isə 29,2 % artaraq 106,441 milyon manata, o cümlədən nizamnamə kapitalı 31 % artaraq 65,5 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

44 filmi