“Zıraat Bank Azərbaycan"ın mənfəəti 20% azalıb

“Zıraat Bank Azərbaycan"ın mənfəəti 20% azalıb Bank bu ilin I rübünü 492 min manat mənfəətlə başa vurub
Maliyyə
21 Aprel , 2021 11:44
“Zıraat Bank Azərbaycanın mənfəəti 20% azalıb

“Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 492 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,6% azdır.

Yanvar-mart aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 7,13 milyon manat (illik müqayisədə 26,2% çox), xərcləri 4,888 milyon manat (43,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,75 milyon manat (7,6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il apreiln 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 328,577 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,7% çoxdur. Bunun 161,566 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 43,3% artaraq 253,498 milyon manata, o cümlədən depozit portfeli 2,1 dəfə artaraq 181,243 milyon manata, balans kapitalı isə 3,5% artaraq 75,079 milyon manata çatıb.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi