“Zıraat Bank Azərbaycan"ın mənfəəti artıb
- 22 iyul, 2022
- 09:31
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zıraat Bank Azərbaycan" ASC bu ilin I yarısını 3,811 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,918 milyon manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 20,772 milyon manat (illik müqayisədə 40 % çox), xərcləri 10,753 milyon manat (5,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 6,209 milyon manat (2,4 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 440,849 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,1 % çoxdur. Bunun 280,156 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 67,7 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 24 % artaraq 338,466 milyon manata, o cümlədən depozit portfeli 20,5 % artaraq 228,028 milyon manata, balans kapitalı isə 33,6 % artaraq 102,384 milyon manata, o cümlədən nizamnamə kapitalı 31% artaraq 65,5 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.