“Zıraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 22 aprel, 2022
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
“Zıraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 2,051 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,2 dəfə çoxdur.
Yanvar-mart aylarında “Zıraat Bank Azərbaycan"ın gəlirləri 10,228 milyon manat (illik müqayisədə 43,4% çox), xərcləri 5,15 milyon manat (5,4% çox), xüsusi ehtiyatlara ayırmaları isə 3,027 milyon manat (73% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Zıraat Bank Azərbaycan"ın aktivləri 449,37 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 36,8 % çoxdur. Bunun 259,728 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 60,8 % böyüyüb.
Hesabat dövründə “Zıraat Bank Azərbaycan"ın öhdəlikləri 37,3 % artaraq 347,975 milyon manata, o cümlədən depozit portfeli 36,7 % artaraq 247,833 milyon manata, balans kapitalı 35,1 % artaraq 101,395 milyon manata, nizamnamə kapitalı isə 31% artaraq 65,5 milyon manata çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.