"Ziraat Bank (Azerbaijan)"ın aktivləri 58% artıb

"Ziraat Bank (Azerbaijan)"ın aktivləri 58% artıb Bank 2016-cı ilin 9 ayını 5,5 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
19 Oktyabr , 2016 17:35
Ziraat Bank (Azerbaijan)ın aktivləri 58% artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Zıraat Bank (Azerbaijan)" ASC-nin cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 117,305 mln. manat təşkil edib. 

"Report" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3% çoxdur.

"Zıraat Bank (Azerbaijan)"ın aktivlərinin 32,456 mln. manatı və yaxud 27,7%-i müştərilərə verilmiş kreditlər olub. Bu, bir il əvvələ nisbətən 48,2 dəfə çoxdur.

Son bir ildə Türkiyə bankının cəmi öhdəlikləri 2,57 dəfə artaraq 57,709 mln. manata çatıb. Bunun 51,9%-ni və yaxud 29,953 mln. manatını depozit portfeli təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 dəfə çoxdur. İl ərzində "Zıraat Bank (Azerbaijan)"da əhalinin əmanətləri isə 21,3 dəfə artaraq 13,67 mln. manat olub. Bankın cəmi kapitalı isə 15,4% artaraq 59,596 mln. manata çatıb.

Bu ilin ilk 9 ayında "Zıraat Bank (Azerbaijan)"ın faiz gəlirləri 6,253 mln. manat (təxminən 2 dəfə artım), faiz xərcləri 1,113 mln. manat (5,5 dəfə artım), qeyri-faiz gəlirləri 3,289 mln. manat (78,3 dəfə artım), qeyri-faiz xərcləri isə 3,071 mln. manat (2,3 dəfə artım) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 3,1 dəfə artımla 5,357 mln. manat olub.

Kredit təşkilatı aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərclərə 160 min manat qənaət edib və bununla da 2016-cı ilin 9 ayını 5,517 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2015-ci ilin eyni dvöründə bu göstərici 4,9 dəfə az - 1,132 mln. manat olub.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 50 min səhm əsasında formalaşıb. Səhmlərin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi