“Ziraat Bank (Azerbaijan)” baş ofisində müştərilərə xidmət göstərməyə başlayıb

“Ziraat Bank (Azerbaijan)” baş ofisində müştərilərə xidmət göstərməyə başlayıb Bank “Caspian Business Center” iş mərkəzindəki müvəqqəti ofisini tərk edib
Maliyyə
3 Oktyabr , 2017 11:46
“Ziraat Bank (Azerbaijan)” baş ofisində müştərilərə xidmət göstərməyə başlayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Ziraat Bank (Azerbaijan)” ASC Bakının Yasamal rayonunda yerləşən “Caspian Business Center” iş mərkəzindəki müvəqqəti ofisindən Qələbə meydanı adlanan ərazidəki 5 mərtəbəli baş ofisinə köçüb.

“Report”un məlumatına görə, burada müştərilər bankın xidmətlərindən də istifadə edə bilirlər.

Belə ki, ofisin I mərtəbəsində müştərilərə xidmət mərkəzi yerləşir. Bununla yanaşı, “Zıraat Bank (Azerbaijan)”ın “İçərişəhər” metro stansiyasının yaxınlığındakı filialı da fəaliyyətdədir.

Xatırladaq ki, "Zıraat Bank (Azerbaijan)" ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi