Zəngin rusiyalılar xarici valyuta almağa başlayıblar

Zəngin rusiyalılar xarici valyuta almağa başlayıblar Rublun daha 3% ucuzlaşması gözlənilir
Maliyyə
10 İyul , 2017 19:42
Zəngin rusiyalılar xarici valyuta almağa başlayıblar

Bakı. 10 iyul. REPORT.AZ/ Zəngin rusiyalıların rubl aktivlərindən xarici valyutaya keçdikləri müşahidə olunur. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "Aton" investisiya şirkətinin hesabatında bildirilib. Belə ki, iyun ayında müştəriləri əsasən amerikan dollarına investisiya etdikləri qeyd edilir. Hesabat ayında 100 min dollardan yuxarı hesablara malik olan müştərilərin amerikan valyutasına investisiyalarının orta aylıq göstəricini 52% üstələdiyi müşahidə olunub. Eyni dövr ərzində dövlət istiqrazlarına investisiyalar 17% azalma göstərib.

Qeyd edək ki, son bir ayda fond birjalarından da kapital axını sürətlənib. Belə ki, iyulun 5-nə olan məlumata görə, son bir ayda investorlar kapital bazarlarından 230 mln. ABŞ dolları çıxarıblar. Nəticədə rubl ucuzlaşmağa başlayıb və iyun ayında dollarla müqayisədə 8% dəyərdən düşüb. Analitiklər rubl aktivlərindən qaçış tendensiyasını neft qiymətlərinin qlobal əmtəə bazarlarında ucuzlaşması ilə əlaqələndiriblər. Onlar rublun yaxın 3 ayda daha 3% ucuzlaşacağını proqnozlaşdırırlar. 

Son xəbərlər

Orphus sistemi