Zaur Əliyev: "Hazırda 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ var"

Zaur Əliyev: "Hazırda 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ var" ​​​​​​​Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.
Maliyyə
20 İyun , 2024 10:50
Zaur Əliyev: Hazırda 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ var

Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan böyüyə qədər hər kəs əhatəlidir və sığorta çərçivəsində qarşılanan 3 300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququ əldə edib.

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O qeyd edib ki, bu xidmətlərin sayı yeni başladıqda 1 600 idi: "Sığortadan əvvəl dövlətin səhiyyə sahəsinə xərclədiyi vəsait 750 milyon manat idisə, hazırda Fondun vəsaiti 3 milyard manata yaxınlaşır. Bizim əsas məqsədimiz heç kəsin kənarda qalmadan bu sığortalardan yararlanmasıdır. Məqsəd imkanı olmayan şəxslərin tibbi ehtiyacını qarşılamaqdır".

Son xəbərlər

Orphus sistemi