​“Zaminbank”ın məcmu kapitalı 36% artıb

​“Zaminbank”ın məcmu kapitalı 36% artıb Azərbaycanın "Zaminbank" ASC bu ilin əvvəlindən məcmu kapitalını 36% artıraraq sentyabrın 24-nə olan məlumata
Maliyyə
26 Sentyabr , 2014 14:07
​“Zaminbank”ın məcmu kapitalı 36% artıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın "Zaminbank" ASC bu ilin əvvəlindən məcmu kapitalını 36% artıraraq sentyabrın 24-nə olan məlumata görə 68 mln. manata çatdırıb. Bu barədə “Report”a bankın mərkəzi ofisindən məlumat verilib.

Bu ilin yanvarın 1-nə Bankın məcmu kapitalı 50,293 mln. manat olub.

Eyni zamanda, Bankın nizamnamə kapitalı ötən illə müqayisədə 10,6% artaraq 52,182 mln. manata qədər artırılıb. Nizamnamə kapitalının artması bu ilin sentyabrın 1-də 3 mln. manat, sentyabrın 18-də isə daha 2 mln. manat dəyərində əlavə səhmlərin yerləşdirilməsi hesabına olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə yeni yaradılmış banklar üçün nizamnamə kapitalının, mövcud banklar üçün isə məcmu kapitalın 1 yanvar 2015-ci ilədək 50 mln. manata çatdırılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi