Zakir Nuriyev: “Online kart sifariş edilməsinə imkan yaradılıb"

Zakir Nuriyev: “Online kart sifariş edilməsinə imkan yaradılıb" “Bank-Market Platforması” vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir
Maliyyə
113
14 Aprel , 2021 11:30
Zakir Nuriyev: “Online kart sifariş edilməsinə imkan yaradılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan “Bank-Market Platforması” istifadəçilərə gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə qoşulmuş müxtəlif banklarda fərqli bank hesablarının açılamasına və ödəniş kartlarının sifariş edilməsinə imkan verir.

“Report” xəbər verir ki, bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Bank-Market Platforması”nın qarşılıqlı inteqrasiayası beynəlxalq təcrübədə rast gəlinən son trendlərdən biridir: "Belə ki, platformalaşma və müxtəlif platformalar arasında əlaqələrin dərinləşdirilməsi rəqəmsal transformasiyanın üstünlüklərini effektiv yararlanmağa və vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir".

Son xəbərlər

Orphus sistemi