Zakir Nuriyev: “İctimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir"

Zakir Nuriyev: “İctimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir" Bunun ABA-nın prezidenti videokonfransda bildirib
Maliyyə
17 Mart , 2021 12:07
Zakir Nuriyev: “İctimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir
Zakir Nuriyev

"Azərbaycanda “İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib. Onun əsasında bir çox nazirliklər ictimai qurumlarla - assosiasiyalarla, birliklərlə, konfederasiyalarla əməkdaşlıq edirlər".

“Report” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev "Ədliyyə və məhkəmə islahatları sahibkarların hüquqlarının etibarlı müdafiəsinə təminat verir" mövzusunda videokonfransda bildirib.

Bununla belə, onun sözlərinə görə, qanunun əhatə etdiyi dövlət qurumlarının siyahısı ayrıca təsdiq edilməlidir: "Bu günə qədər bu siyahı təsdiq edilmir. Şübhəsiz ki, Ədliyyə Nazirliyi bu siyahıda olub-olmamasından aslı olmayaraq sözügedən fəaliyyəti qanunda nəzərdə tutulmuş bütün aspektlərdə həyata keçirir. Eyni zamanda, bizim əlaqədə olduğumuz istənilən dövlət qurumu ilə bu cür ikitərəfli müqavilələrlə fəaliyyətimizi tənzimləyən hüquqi sənədlər yaradılıb. Bunun üçün fundamental sənəd mövcud olsa da, burada ictimai iştirakçılığın əhatə dairəsi müəyyən edilməlidir".

Son xəbərlər

Orphus sistemi