Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"

Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir" Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı çağırışlara cavab vermək üçün həm dövlət, həm də özəl sektor investisiyaların cəlb edilməsinə dəstək verməlidir.
Maliyyə
18 Oktyabr , 2024 10:48
Zakir Nuriyev: Banklar yaşıl kredit və digər iqlim maliyyə alətləri təqdim etməlidir

Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı çağırışlara cavab vermək üçün həm dövlət, həm də özəl sektor investisiyaların cəlb edilməsinə dəstək verməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

Onun sözlərinə görə, dövlət, beynəlxalq maliyyə qurumları və xarici investorlarla əməkdaşlıq gücləndirilməli, banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir.

"Növbəti illərdə bank sektorumuz hazırkı kredit portfeli qədər vəsaiti sırf "Yaşıl maliyyə"yə yönəltməlidir. Bu olduqca böyük çağırışdır. Beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlər mövcuddur. Bu sahədə görülən işlərdə dövlət dəstəyi müstəsna əhəmiyyətə malikdir. Həm dövlət fondlarının dəstəyi, həm qanunvericilik, həm də requlyator tərəfindən tənzimləyici yumşalmalar təşviqedici amil olmaqla yanaşı, banklar üçün sərbəst vəsait yaradır və bu vəsaiti onlara verir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi