Zakir Nuriyev: "Azərbaycanda kredit aktivliyi yenidən artacaq"

Zakir Nuriyev: "Azərbaycanda kredit aktivliyi yenidən artacaq" Kommersiya banklarının faiz gəlirlərinin azalması kreditləşmə prosesinin zəifləməsi ilə bağlıdır
Maliyyə
17 Oktyabr , 2017 12:08
Zakir Nuriyev: Azərbaycanda kredit aktivliyi yenidən artacaq
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev / Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda kreditləşmə prosesi zəiflədiyi üçün kommersiya banklarının faiz gəlirlərinin azalması təbiidir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Bununla belə, onun sözlərinə görə, bankların cəlb etdiyi vəsaitlərin, o cümlədən əmanətlərin də gəlirliliyi aşağı düşdüyü üçün faiz gəlirləri və faiz xərcləri paralel azalır: “Hesab edirəm ki bu ilin sonuna və gələn il Azərbaycanda kredit aktivliyi yenidən artacaq və yaranmş boşluq dolacaq”.

Son xəbərlər

Orphus sistemi