​Yunanıstan Avropa kreditorlarının təkliflərini qəbul edir

​Yunanıstan Avropa kreditorlarının təkliflərini qəbul edir Əvəzində Yunanıstanın dövlət büdcəsi iki ilə 12 mlrd. avro qazanacaq
Maliyyə
9 İyul , 2015 17:01
​Yunanıstan Avropa kreditorlarının təkliflərini qəbul edir

Bakı. 9 iyul. REPORT.AZ/ Yunanıstan ölkə iqtisadiyyatını yaranmış böran vəziyyətindən xilas etmək üçün 12 mlrd. avroluq islahatlar planı tərtib edib. Bu vəsait iki il ərzində ölkə büdcəsinə toplanacaq. Rəsmi Afina avropalı kreditorlara bu təklifi sabah, iyulun 10-na qədər təqdim etməlidir. Məhz bu təklif bazar günü, iyulun 12-də keçiriləcək Avropa liderlərinin sammitində müzakirə ediləcək. Xəbəri Yunanıstanın "Katimerini" qəzetinə istinadən "Reuters" agentliyi yayıb.

"Report"un xəbərinə görə, yunanlar daha öncə 8 mlrd.-lıq islahatlar paketi təklif edib, kreditorlar isə bunu yetərsiz qiymətləndirmişdilər.

"Reuters" agentliyi digər terli qəzet "Naftemboriki"yə istinadən xəbər verir ki, ölkədə mənfəət vergisini 26%-dən 28%-dək, bahalı mallara vergini 10%-dən 13%-dək, restoran, nəqliyyat, özəl səhiyyə xidmətləri və s.-nin gəlir vergisini isə 13%-dən 23%-dək artırmaq niyyətindədir. Eyni zamanda, turizmlə məşhur olan Yunanıstanda bu sahədə analoji vergi dərəcəsinin 6,5%-dən 13%-ə artırılacaq.

"Financial Times"ın xəbərinə görə, dünən ABŞ-ın maliyyə naziri Cek Lyu və BVF rəhbəri Kristin Laqard Yunanıstanın borclarının restrukturizasiya edilməsi zərurətinin olduğunu vurğulayıblar. Lakin Almaniya yunanların borclarını ödəmək niyyəti göstərməyəcəkləri təqdirdə onların Avropa İttifaqından çıxmasına razı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi