Bakı. 5 fevral. REPORT.AZ/ Çip istehsalı sahəsində ABŞ-ın "Broadcom" şirkəti Sinqapurun "Qualcomm" şirkətini aldıqdan və ya onunla birləşdikdən sonra bazarda bu sahənin ən iri oyunçusu yaranacaq.
"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, "Broadcom" bu məqsədlə "Qualcomm"a 145 mlrd. dollar təklif etməyə hazırlaşıb.
"Financial Times" bildirib ki, əgər "Broadcom" istəyinə nail olarsa, bu, yeni texnologiyalar bazarında ən iri anlaşma olacaq. Nəticədə bazarda yeni lider yaranacaq. Yeni şirkət smartfon və elektromobillər üçün çip istehsalında əsas şirkətlərdən biri olacaq. Xatırladaq ki, "Qualcomm" hazırda smartfon və planşetlər üçün ən iri "SoC", "Broadcom" isə "Wi-Fi" modem istehsalçısıdır.
Birləşmədən sonra "Intel" və "Samsung"dan sonra ən iri texnologiya şirkəti yaranacaq. Onun bazar kapitallaşması isə 200 mlrd. dollara çatacaq.