Bakı. 23 may. REPORT.AZ/ Bakı Fond Birjasının kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” qoşulub.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, bu gün proqrama qoşulma haqqında saziş imzalanıb.
Sazişə əsasən, BFB YTP-nin rezidenti olan şirkətlərinin Fond Birjası vasitəsilə maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsinə, təlim proqramlarının təşkil edilməsinə, eləcə də YTP-nin BFB vasitəsilə maliyyələşmə həllərinin öz xidmət kataloquna daxil edilməsi nəzərdə tutulub.