Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarının dövriyyəyə buraxıldığı 6 ay ərzində onlarla 21 milyon ABŞ dolları məbləğində təkrar bazar əməliyyatları aparılıb.
Bu barədə "Report"a "SOCAR Capital" MMC-dən bildirilib.
Məlumata görə, indiyə qədər "Bakı Fond Birjası" QSC-də yeni istiqrazların təkrar alqı-satqısı ilə bağlı 160-dan çox əqd bağlanılıb. Hazırda bu qiymətli kağızlar Birjada ən çox ticarət olunan korporativ maliyyə alətidir.
Bu ay SOCAR İstiqrazları 1 094 dollardan alınıb-satılıb ki, bu da indiyə qədər qeydə alınmış ən yüksək qiymətdir. Ümumiyyətlə isə istiqrazların qiyməti heç vaxt nominal dəyərindən (1000 dollar) aşağı düşməyib.
Yeni SOCAR istiqrazlarına görə 2-ci kupon ödənişi mayın 4-də - Ramazan bayramından sonra baş tutacaq.